"Tovuzda heç kəs heç yeri tərk eləmir" - Qənirə Paşayeva
"Bununla bağlı həqiqətləri demək lazımdır ki, Tovuzda heç kəs heç yeri tərk eləmir. Biz bu kəndlərdəyik".
Bu sözləri millət vəkili Qənirə Paşayeva BAKU.WS-in cəbhə bölgəsinə ezam olunmuş müxbirinə bildirib.
O əlavə edib ki, gecə və gündüz bu kəndlərdə olur: "O insanlar ki, güllələri görüblər, heç kəs öz evindən bir addım da olsun kənara atmayıb. Bu istiqamətdə xalqımız ordumuza, dövlətimizə və silahlı qüvvələrimizə inanır.
Hamımız başa düşürük ki, burada məsələ sadəcə Tovuzun məsələsi deyil, işğalçı Ermənistan və onlara cəsarət verənlərin maraqlarının arxasında nə dayandığını bütün insanımız bilməlidir. Məsələ çox böyük bir məsələdir və bu gün hamımızın birlik olması gərəkdir".
Oxşar xəbərlər
Prezident Cinayət Məcəlləsində dəyişiklikləri təsdiqlədi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. BAKU.WS xəbər verir ki, sənədə əsasən, Cin...