Tovuzlular orduya dəstək üçün sərhədə axışdı

12
iyl
2020
20:30
İşğalçı Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Tovuz rayonu ilə sərhəddə yaşanan insidentdən sonra bir qrup rayon sakini ordumuza dəstək məqsədi ilə düşmənlə sərhədə getməyə cəhd edib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, insanların qarşısını polis alıb.
Bununla yanaşı rayon sakinləri daim ordumuzun yanında olduqlarını, istənilən an ərazilərimizin müdafiəsi uğrunda döyüşə hazır olduqlarını ifadə ediblər.
Aparılan söhbətlərdən sonra insanlar ərazidən uzaqlaşdırılıb.
Oxşar xəbərlər
Nə müharibə, nə də sülh şəraiti
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev 15 Fevral 2020-ci il, Almaniya, Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyev və Ermən...