İbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən çıxıb

İbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən çıxıb
Siyasət 1239

İbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən çıxıb.

BAKU.WS xəbər verir ki, bu barədə APA-ya açıqlamasında İ. Ağayev özü bildirib.

O deyib ki, öz istəyi ilə ərizə yazaraq bu vəzifədən gedib: “1976-cı ildən Azərbaycan Tibb Universitetində işləyirəm. 1992-ci ildən isə ATU-da professor, kafedra müdiriyəm. Həmçinin Əməkdar müəllim, Əməkdar elm xadimiyəm. 1991-ci il, ya da 1992-ci ildən ictimai əsaslarla baş epidemioloq oldum.

İctimai əsaslarla işləyəndə heç kimə bunun müqabilində pul, maaş verilmir. Heç kim mənə heç nə deməyib. Sadəcə könüllü olaraq ərizə yazdım”.

Son xəbərlər