Prezident bu Xidmətin strukturunu dəyişdi

Prezident bu Xidmətin strukturunu dəyişdi
Siyasət 637

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti haqqında Əsasnamə”də, “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin strukturu”nda, “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi”ndə və “Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

BAKU.WS xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 725 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 47; 2017, № 2, maddə 197; 2018, № 1, maddələr 35, 52, № 5, maddə 964) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti haqqında Əsasnamə”də, “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin strukturu”nda, “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi”ndə və “Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik təsdiq edilib.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Oxşar xəbərlər

İlham Əliyev əfv sərəncamı imzaladı

İlham Əliyev əfv sərəncamı imzaladı

Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...

24060 Sosial 16:55 06 aprel 2020

Son xəbərlər