92 yaşlı media maqnatı 66 yaşlı nişanlısından ayrıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Avstraliya əsilli amerikalı media maqnatı 92 yaşlı milyarder Rupert Merdok nişanlandığını elan etdikdən cəmi iki həftə sonra Enn Lesli Smitdən ayrılıb.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, martda nişanlandıqlarını açıqlayan cütlük aprelin 4-də ayrıldıqlarını bildiriblər.
Qeyd edək ki, Merdok ABŞ-nin "The Wall Street Journal" və "New York Post", Britaniyanın "The Sun" və "The Times", "Sky News Australia" və "Fox News" telekanallarının sahibidir. O, 5-ci dəfə evlənməyə qərar vermişdi. Merdok və Smit 14 mart Müqəddəs Patrik günündə Nyu-Yorkda nişanlanmışdı. Smit daha əvvəl 2008-ci ildə vəfat edən müğənni və teleradio rəhbəri Çester Smitlə evli olub.
Merdokun əvvəlki evliliklərindən 6 uşağı var.
Qalereya
Oxşar xəbərlər
İlon Mask və "The New York Times" arasında "mavi işarə" gərginliyi
"The New York Times", "təsdiqlənmiş hesabda" yəni "mavi işarə"nin qalması üçün pul ödəməyəcəyini elan etdikdən və İlon Maskın tənqidindən sonra tvitterdə "mavi...