Azərbaycan və Rusiyanın XİN başçıları arasında telefon danışığı olub

Azərbaycanın Xarici İşlər Nazirliyinin başçısı Elmar Məmmədyarovla Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
BAKU.WS-in məlumatına görə, nazirlər koronavirusla mübarizə üzrə ikitərəfli qarşılıqlı əlaqə, həmçinin MDB çərçivəsində cari əməkdaşlıq məsələlərini müzakirə ediblər.
“MDB-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 12 may 2020-ci il tarixli iclasının hazırlanması zamanı tərəflər gündəlikdəki bir sıra aktual məsələləri müzakirə ediblər”, - məlumatda belə deyilir.
Məlumata görə, “Ümumdünya Səhiyyə Assambleyasının 73-cü sessiyasının nəticələri fonunda koronavirus infeksiyası ilə mübarizədə qarşıdakı mövcud vəzifələr barədə də fikir mübadiləsi aparılıb”.
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...
