SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Dünən Türkiyənin paytaxtı Ankara şəhərində daha bir dəhşətli terror aktı törədildi. Terror aktı nəticəsində 37 nəfərin öldüyü, 125 nəfərin isə yaralandığı bildirilir. 

Qeyd edək ki bu son bir ayda Türkiyənin paytaxtında törədilən ikinci terror aktıdır. Fevralın 17-də törədilən terror aktında da 26 nəfər həlak olmuş, 60-dan çox adam yaralanmışdı. 

Maraqlıdır ki, hər iki terror aktının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ərəfəsində baş verməsi bu partlayışların heç də təsadüfi olmadığı ehtimalını gücləndirir. 

Ötən ay baş verən terror aktı zamanı da Ərdoğanın Bakı səfərindən bir gün əvvələ təsadüf etdiyindən Türkiyə Prezidenti səfərini təxirə salmağa məcbur oldu. Bu dəfə də Türkiyə Prezidentinin Bakı səfərindən bir gün qabaq Ankaranın mərkəzində dəhşətli hadisənin baş verməsi istər-istəməz terror aktının arxasında Azərbaycan-Türkiyə münasibətlərindən narahat olan qüvvələrin olduğuna söyləməyə əsas verir. 

Siyasi təhlilçilər hesab edirlər ki, hansısa qüvvələr Ərdoğanın Azərbaycana gəlməsinə mane olmaq istəyirlər. Azərbaycanla Türkiyə arasındaklı hərbi-strateji müttəfiqliyin genişlənməsi terrorçuların arxasındakı gücləri qane etmir. 

Bəs bu güc kimdir?

İctimaiyyətə bəlli olan və Türkiyə hüquq-mühafizə orqanlarlı tərəfindən açıqlanan məlumat ondan ibarətdir ki, terror aktını tərədənlər PKK-çılardır. Amma aydın məsələdir ki, PKK-nın təkbaşına Türkiyə kimi qüdrətli bir dövlətin paytaxtında Ordu Baş Qərargahının, Parlamentin, Nazirlər Kabinetinin, bir sözlə hökumətin gözü önündə belə bir dəhşətli hadisəni törədəcək çapda deyil. 

PKK-nın arxasındakı qüvvə

Aydın məsələdir ki, bu hadisələrin arxasındakı güc Türkiyənin güclənməsini istəməyn qüvvələrdir. Regiondakı müsəlman ölkələrin zəifləməsi fonunda Türkiyənin daha da güclənməsi və bölgə liderinə çevrilməsi danılmaz faktdır. Ona görə də əvvəlcə Türkiyəni Suriya torpaqlarında müharibəyə sürükləməklə zəyiflətməyə çalışdılar. Hətta bunun üçün Türkiyədəki kürd millətçilərindən də istifadə olundu. Kobanidəki kürdləri bəhanə edərək İstanbulda, Diyarbəkir və digər bölgələrdə iştişaşlar başladı. Əsas tələb isə Türkiyənin Kobanidəki kürdlərin xilas edilməsi üçün Suriyaya qoşun yeritməsi tələbi idi. Buna nail ola bilmədikdə terror aktlarına əl atıldı. Kürdlərin kompakt yaşadıqları bölgələrdə dövlət və hökumət strukturlarına qarşı barrikadalar quruldu. Diyarbəkirdə, Surda kütləvi köç başladı. Bölgə demək olar ki, müharibə meydanına çevrildi. Daha sonra isə əsas diqqət Türkiyənin paytaxtına, mərkəzi meydan və küçələrə, döpvlət və hökumət strukturklarının yerləşdiyi əraziyə yönəldi. Yəni təhlükəsizlik baxımından daha güclü qorunan ərazi...

Əslində terror aktlarının İstanbul kimi meqapolisdən, kürdlərin yaşadığı bölgələrdən paytaxta daşınması Türkiyəyə ötürülən ciddi bir mesajdır. "Yəni səni ürəyindən vura bilərik...”

Mesaj verən kimdir?

Bütün beyin mərkəzləri də məhz bu mesajın sahibini araşdırmaqla məşğuldurlar. Hadisələrin noyabrda Rusiya təyyarəsinin vurulmasdından sonraya təsadüf etməsi əsas diqqəti Rusiya üzərinə yönəldir. Həm Putinin bəyanatları, həm son bir ayda baş verən hər iki terror aktının Ərdoğanın Azırbaycan səfərinən öncəyə planlaşdırılması Rusiya ehtimalını daha da gücləndirir. 

"Rusiyanın Türkiyəyə qarşı atacağı addımlar təkcə iqtisadi sanksiyalarla məhdudlaşmayacaq". 

Putinin məhz bu bəyanatını əsas gətirən beyin mərkəzləri PKK-Rusiya əlaqələrinin tarixinə söykənərək Ankaradakı qətliamları da məhz Moskvanın ayağına yazmağa çalışırlar. Hətta bu ehtimalı gücləndirmək üçün bir çox qərb mətbuatında, beyin mərkəzlərində hazırlanan təhlillərdə Ermənistan-Azərbaycan münaqişəsini də misal çəkdilər. Gah Rusiyanın Türkiyəyə təzyiq etməsi üçün Qarabağda müharibə başlayacağı, gah da Türkiyənin Qarabağı Rusiyanın caynağından xilas edəcəyi haqqında şərhlar yazıldı. Amma nədənsə regionda iki nəhəıng dövləti – Rusiya ilə Türkiyəni müharibəyə sürüklməyə çalışan qüvvələr unudulur.
 
BAKU.WS