MTRŞ-nin yeni sədri kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, İsmət Səttarov Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasınsına yeni sədr seçilib.BAKU.WS-in məlumatına görə, Səttarov İsmət Rəcəb oğlu 1983-cü ildə Bakı şəhərində anadan olub.
O, 1998-ci ildə Bakı şəhəri, Səbail rayonu 160 saylı orta məktəbi bitirib, 2002-ci ildə Bakı Dövlət Universitetinin “İqtisadi kibernetika və tətbiqi riyaziyyat” fakültəsində bakalavr, 2004-cü ildə həmin fakültənin magistr dərəcəsi, 2008-ci ildə isə Texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2000- 2004-cü illərdə bir neçə bankda çalışıb, 2004-cü ildən 2010-cu ilə qədər isə Heydər Əliyev Fondun Analitik-informasiya şöbəsində fəaliyyət göstərib.
2011-ci ildən yeni yaradılmış “Region TV” adlı prodüser qrupunun direktoru vəzifəsini icra edib, 2014-cu ildən həmin prodüser qrupunun əsasında yaradılmış “Region TV” telekanalının direktoru olub, 19.09.2016-cı il tarixindən indiyədək ARB Media Qrupun rəhbəri, “ARB24” MMC-nin direktoru vəzifəsini icra edib.
Evlidir, bir övladı var.
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...