Prezident Akif Çovdarovu əfv etdi
06
apr
2020
17:02
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov əfv edilib.
BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamda onun da adı var.
A.Çovdarov Bakı Hərbi Məhkəməsinin 2017-ci il 30 oktyabr tarixli hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. "BAKU.WS xəbər verir ki, sərəncam dünyada koronavirus (COVİ...