SİZİN REKLAM BURADA!
055 213 76 73


Milli Məclisin yeni tərkibdə bu gün keçirilən ilk iclasında I vitse-spiker və vitse-spikerlərin seçilməsi məsələsi müzakirə edilib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, səsvermə nəticəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Əli Hüseynli I vitse-spiker, Adil Əliyev (bitərəflərin namizədi) isə vitse-spiker seçilib.

Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib.

***12:30

Altıncı çağırış Milli Məclisin müstəqil deputatlarının vitse-spiker vəzifəsinə namizədi müəyyənləşib.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bitərəf deputat korpusunun keçirdiyi toplantıda Adil Əliyevin Milli Məclis sədrinin müavini vəzifəsinə namizədliyi irəli sürülüb.

Qeyd edək ki, bu gün yeni çağırış Milli Məclisin ilk iclası keçiriləcək.

BAKU.WS