Millət vəkilləri koronavirusla bağlı həkim müayinəsindən keçiblər

Millət vəkilləri koronavirusla bağlı həkim müayinəsindən keçiblər
Siyasət 104

Millət vəkillərinin koronavirusla bağlı həkim müayinəsindən keçmə prosesi bu gün yekunlaşıb.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, artıq bir neçə gündür, Milli Məclisdə koronavirusla bağlı tədbirlər aparılır:

“Millət vəkillərinin hamısı test və müayinə olunub. Deputatların çoxu dünən Milli Məclisə çağırılıb və müayinədən keçib.

Müayinədən keçməyən deputatlar isə bu gün Milli Məclisə dəvət olunublar. Artıq proses yekunlaşıb”.

Son xəbərlər