SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri qardaş ölkə mətbuatının diqqət mərkəzindədir.

“Haber Global” kanalı səfərlə bağlı hazırladığı geniş video-süjetdə iki ölkə arasındakı dostluqdan bəhs etməklə yanaşı, prezidentlərin görüşləri, müzakirə olunan məsələlər və əldə olunmuş razılıqları önə çıxarıb.

Bildirilib ki, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın görüşləri zamanı bir sıra strateji qərarlar, anlaşmalar imzalanıb. Bunlardan biri də iki ölkə arasında turist vizasının müddətinin 30 gündən 90 günə qədər artırılmasıdır.

R.T.Ərdoğanın səfərini “Haber Global”a şərh edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral əldə edilən 13 anlaşmanın əhəmiyyətini vurğulayıb.

BAKU.WS
VİDEO