VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyanın İdlib şəhəri məsələsi ətrafında Rusiya və Türkiyə arasında gərginlik getdikcə artır.

BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İdlibə əməliyyatın keçirilməsinin an məsələsi olduğunu deyib:

Ərdoğan deyib ki, İdlibi əldən buraxmaq niyyətində deyillər:

“Əməliyyat bölgəmizə edilən hücumlara ən sərt şəkildə cavab veririk. Bir gecə anidən İdlib əməliyyatına da başlaya bilərik. “Son xəbərdarlıqlarımızı edirik. Rusiya ilə aparılan danışıqlarda arzu etdiyimiz nəticəyə nail ola bilmədik. Öz işimizi özümüz həll etmək üçün hazırlıqlarımızı etmişik”.

Türkiyə Prezidentinin sözlərinə Rusiya Xarici İşlər naziri Sergey Lavrov cavab verib. O deyib ki, Türkiyənin Suriya ordusuna qarşı edəcəyi əməliyyat ola biləcək ən pis ssenaridir. Lavrov rəsmi Ankara ilə danışıqları davam etdirəcəklərini planlaşdırdıqlarını söyləyib.

Fərid ƏDALƏT
BAKU.WS