81 gün qaldıqları otelin pulunu ödəməyib qaçdılar - FOTO/VİDEO
Türkiyənin İstanbul şəhərindəki otellərdən birində dələduzluq hadisəsi yaşanıb.
BAKU.WS xəbər verir ki, Mustafa Emrah A. adlı şəxs özbək sevgilisi Zarnıgor C. ilə 81 gün Arnavutköydəki oteldə qaldıqdan sonra pulun yarısını ödəmədən qaçıb.
Onların otelə ümumi 44 bin 500 lirə (təxminən 2349 AZN) borcu olub. Cütlük pulun yarısını ödəmədən oteldən qaçıb.
Emrahla Zarnıgorun qaçış anı təhlükəsizlik kameraları tərəfindən anbaan görüntülənib.
Onlar otelə şəxsiyyət vəsiqəsi və passport qoyaraq geri qayıdacaqlarını bildiriblər. Lakin daha sonra əşyaları da yığıb gizli şəkildə oteldən ayrılıblar.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...