Prezident İlham Əliyevin Avropa İttifaqının komissarı ilə görüşü olub - FOTO

Prezident İlham Əliyevin Avropa İttifaqının komissarı ilə görüşü olub - FOTO
Foto
Siyasət 308

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 14-də Münhendə Avropa İttifaqının büdcə və administrasiya məsələləri üzrə komissarı Yohannes Han ilə görüşü olub.

BAKU.WS xəbər verir ki, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında gündəlikdə duran cari məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində uğurlu əməkdaşlıq etdiyi vurğulandı.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edildi.

Son xəbərlər