SİZİN REKLAM BURADA!
055 213 76 73


Yanvarın 2-də Azər­baycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev və Azərbaycan Respublikasının Dövlət Sər­həd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistanla dövlət sər­hə­dinin mühafizə və müda­fiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər ediblər.

Bu barədə DSX-nin Mətbuat Mərkəzindən BAKU.WS-ə məlumat verilib.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tap­şırıqlarının icra vəziyyəti yoxlanılıb, Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramları münasibətilə sərhəd döyüş məntəqələrində xidmət aparan hərbi qulluqçular təbrik edilib, sərhəd­çilərin xidməti və yaşayış şəraitlərinə baxış keçirilib.

Dövlət sərhədində zəruri sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması məqsədilə görülən işlərlə tanış olunub, hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tapşırıqlar verilib.

BAKU.WS
QALEREYA