SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabah Qazaxıstanın Azərbaycandakı səfirliyində bayraqlar yarıya qədər endiriləcək.

BAKU.WS xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.

Bildirilib ki, Almatıda baş verən təyyarə qəzası ilə əlaqədar dekabrın 28-i Qazaxıstanda matəm günü elan edilib:

“Bununla əlaqədar olaraq, sabah səfirlikdə bayraqlar yarıya qədər endiriləcək”.

Qeyd edək ki, bu gün "Bek Air" hava yollarına məxsus sərnişin təyyarəsinin Almatı şəhərində qəzaya uğraması nəticəsində 15 nəfər ölüb, 66 nəfər yaralanıb.

BAKU.WS