SİZİN REKLAM BURADA!
055 213 76 73


Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şenak və Rocer Geyl Bakıya səfər edəcək.

BAKU.WS xəbər verir ki, bu barədə “Report”un Fransa bürosuna Stefan Şenak məlumat verib.

O, fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcəklərini bildirib: "Biz müşahidəçi qismində iki dəfə Azərbaycanda səfərdə olacağıq: seçkiqabağı vəziyyəti, seçkilərə hazırlığı və seçkiləri müşahidə edəcəyik".

Xatırladaq ki, AŞPA fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 30-dan çox müşahidəçi göndərəcək.

BAKU.WS