Baş Nazirin köməkçisi və Nazirlər Kabineti Aparatının yeni şöbə müdiri təyin edilib

Baş Nazirin köməkçisi və Nazirlər Kabineti Aparatının yeni şöbə müdiri təyin edilib
Siyasət 1230

Fəxri Yaşar oğlu İsmayılov Baş Nazirin köməkçisi təyin edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov APA-ya bildirib.

Onun verdiyi məlumata görə, bu barədə Baş Nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.

Baş Nazirin digər sərəncamı ilə Feyruz Rəvayət oğlu Mustafayev Nazirlər Kabineti Aparatının Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Son xəbərlər