SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

BAKU.WS-in məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti xəbər yayıb.

Məlumata görə, görüş sabah - noyabrın 22-də keçiriləcək.

Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-də Rusiyaya rəsmi səfərə gedib.

BAKU.WS