VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Bu günlər sərhədlərdə məhəlli münaqişələr baş verir, ancaq buna baxmayaraq, muxtar respublikada yerləşən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birləşmə və hissələri uğurlu yol keçib”.

BAKU.WS xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 18-də Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

O deyib ki, alınmış silah-sursatla bu gün muxtar respublikanın ordusu da lazımınca təmin olunur:

“Hazırda muxtar respublikada yerləşən birləşmə və hissələrdə qəbul edilmiş planlara uyğun olaraq təlimlər və nəzəri işlər həyata keçirilir. Eyni zamanda hazırda muxtar respublikanın əsgəri məişət komplekslərinin yaxşılaşdırılması sahəsində işlər gedir, hava hücumundan müdafiə sahəsində işlər həyata keçirilir. Bir sözlə, hərbi hissələr hər bir tapşırığı yerinə yetirməyə tam hazırdır”.

Prezident İlham Əliyevin “dağ postlarına təchizatın təşkili ilə bağlı işlər görülüb?” sualına Ali Məclisin Sədri belə cavab verib:

“Demək olar ki, hamısına yollar çəkilibdir. Bəzi postlarımız var ki, onların təminatı avqust-sentyabr aylarında həyata keçirilir. Bütün hamısı ilə əlaqəmiz var, gələn ilin iyun ayına qədər təminat artıqlaması ilə həyata keçirilibdir və xidmətin aparılmasında heç bir problem yoxdur”.

BAKU.WS