70 yaşlı kənd sakini "Ayə, narahat olmayın, onlar yalandan hərlənerlər" - VİDEO

70 yaşlı kənd sakini Ayə, narahat olmayın, onlar yalandan hərlənerlər - VİDEO
Foto Video
Siyasət 2511

Bir neçə gündür, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən iriçaplı pulemyotlar, snayper tüfəngləri, 82 millimetrlik minaatanlar və digər artilleriya qurğularından açılan atəşlərə məruz qalan Tovuzun Ağdam kəndindəki son durum açıqlanıb.

BAKU.WS-in cəbhə bölgəsinə ezam olunmuş müxbiri düşmən tərəfinin təxribatı ilə üzləşmiş Ağdam kəndində son durum barədə məlumat verib.

Ağdam kəndində yaşayan sakinlər müxbirimizə bildirib ki, düşmənin təxribatlarından qətiyyən çəkinmir və əksinə hərbçilərlə birgə olduqlarını bildiriblər. Onlar həmçinin kəndi tərk etməklə bağlı yayılan sözlərin əslində şayiə olduğunu da qeyd ediblər.

"Narahat olmayın, onlar yalandan hərlənirlər. Üstünlük bizdədir. Allah haqqı, kənddən heç vaxt çıxmamışıq. Sadəcə uşaqları kənara çıxarmışıq. Özümüz də səngərlərdəyik, heç nədən qorxmuruq", - deyə 70 yaşlı Ağdam sakini bildirib.

Son xəbərlər