SİZİN REKLAM BURADA!
055 213 76 73


Naxçıvan Qarnizonu Qoşunlarında snayperlərin toplantısı keçirilib.

BAKU.WS-in məlumatına görə, toplantıda əsas məqsəd  kəskin relyef və iqlim şəraitinə malik olan Naxçıvan ərazisində fəaliyyət göstərmək üçün şəxsi heyətə yüksək dözümlülük, təmkinlik, fiziki hazırlıq kimi xüsusiyyətlərin aşılanması olub.

“Ən yaxşı snayper” adı uğrunda keçirilən yarışda snayperlərin müxtəlif üsullarla maskalanması və müşahidə aparmaq bacarıqları yoxlanılıb, müxtəlif məsafələrdə yerləşən hədəflərə atışlar icra edilib.
BAKU.WS
VİDEO