SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Snayperlər hazırlığı kursunun növbəti buraxılışı olub.
 
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində snayperlərin təkmilləşdirilməsi kursunun növbəti buraxılışı keçirilib. Kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim edilib. 

Kursda əsas diqqət snayperlərin çətin ərazi və hava şəraitində həyatda qalma və dəqiq atəşaçma bacarıqlarının təkmilləşdirilməsinə yönəldilib.

Qabaqcıl təcrübə və üsullardan istifadə etməklə təşkil olunan kurslara Müdafiə Nazirliyinin bütün hərbi hissələrində xidmət keçən snayperlərin cəlb edilməsi planlaşdırılır.
 
Şahin Həbibov
BAKU.WS