SİZİN REKLAM BURADA!
055 213 76 73


Naxçıvan Qarnizonu qoşunlarında üçpilləli, ikitərəfli keçirilən növbəti komanda-qərargah təlimi müxtəlif mərhələlərdə icra edilir.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, təlim çərçivəsində “həyəcan” siqnalı ilə cəmləşmə rayonlarına çıxarılan qoşunların idarə olunması praktiki həyata keçirilir.

Ərazidə əməliyyatların qərargahlar tərəfindən planlaşdırılmasından sonra qəbul edilmiş qərarlar Simulyasiya mərkəzində kompüterlər üzərində icra olunacaq.

Təlim avqustun 24-dək davam edəcək.
BAKU.WS
VİDEO