Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif edib.

BAKU.WS
RİA “Novosti”yə istinadən xəbər verir ki, Mehriban Əliyeva bu mükafata Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və gücləndirilməsində göstərdiyi xidmətlərə görə layiq görülüb. 

Azərbaycanın birinci xanımının medalla təltif olunması ilə bağlı qərar Kremlin internet-portalında yer alıb.
BAKU.WS