SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib, onlara sülh, xoşbəxtlik və firavanlıq arzulayıb.

BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, Rusiya Prezidentinin təbrik məktubu Kreml Sarayının saytında yerləşdirilib.

“Bu bayram insanlar arasında birlik, sevgi, mehribanlıq və mərhəmət dəyərlərinin möhkəmlənməsinə xidmət edir.

Sevindirici haldır ki, Rusiya müsəlmanları öz ata-babalarının zəngin mədəni və mənəvi irsini qoruyur, gənc nəslə əcdadlarının tarixinə, adət-ənənələrinə hörmət etməyi öyrədirlər”, - deyə V.Putin məktubunda bildirir. 
BAKU.WS