SİZİN REKLAM BURADA!
055 213 76 73


"Dövlət xidmətlərinin tətbiqində əlaqələndirilmiş yanaşmanın tətbiqi üçün ölkənin keçdiyi yol - nailiyyətlər və uğursuzluqlar təhlil edilməlidir".

BAKU.WS xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov BMT Dövlət Xidmətləri Forumunda bildirib.

O qeyd edib ki, Azərbaycan beynəlxalq təşəbbüslərin fəal üzvüdür və müxtəlif çoxsaylı fəaliyyətlər həyata keçirib. V.Hüseynovun sözlərinə görə, Azərbaycan 2001-ci ildən 2015-ci ilə qədər müddətdə ölkədə yoxsulluq səviyyəsini 50 faizdən 5 faizə qədər azaltmağa nail olub.

Xidmət rəhbəri dövlət xidmətlərinin əlaqələndirilmiş tətbiqində ASAN Xidmətindən modelindən danışaraq qeyd edib ki, bu sistem müxtəlif dövlət qurumları ilə münasibətlərdə şəffaflığın artırılmasına öz töhfəsini verəcək:

"Bizim dövlət qurumları ilə əlaqələndirilmiş yanaşmada əsas problemimiz onların fərqli bacarıqlarda olmasıdır. Buna görə də onlarda eyni bacarıqları formalaşdırmağa ehtiyac var.

Biz dövlət xidmətləri sahəsində yeni nailiyyətlər gözləyirik. BMT-nin mükafatlandırdığı ölkələrə baxdıqda, gözləntilərimizin özünü doğruldacağına ümidlə baxmağımıza əsas verir".

Fərid ƏDALƏT
BAKU.WS