VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dövlət Miqrasiya Xidmətində (DMX) növbəti kadr dəyişikliyi olub.


BAKU.WS "report"a istinadən xəbər verir ki, DMX-nın İctimaiyyətlə əlaqələr idarəsi rəisinin müavini, I dərəcəli miqrasiya xidməti qulluqçusu, əməkdar jurnalist Füzuli İsmayılov vəzifəsindən azad edilib.


İdarənin rəis müavini vəzifəsinə jurnalist Elnur Kələntərli təyin edilib.


Qeyd edək ki, Elnur Kələntərli 25 aprel 1976-cı ildə Bakı şəhərində doğulub. “Space” televiziya kanalında, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və digər qurumlarda çalışıb.


Xatırladaq ki, Prezident İlham Əliyev bu il aprelin 23-də imzaladığı sərəncamla Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi təyin olunub.


BAKU.WS