SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri Forumu çərçivəsində mükafatlandırma mərasimi keçirilib.

BAKU.WS xəbər verir ki, mərasimdə dövlət xidmətlərinin tətbiqində fərqlənən aşağıdakı ölkələr mükafatlandırılıb:

Keniya,

Braziliya,

Avstraliya,

İndoneziya,

Argentina,

Portuqaliya,

Tailand,

Kosta-Rika,

Koreya Respublikası

Avstriya,

Çili.

Qeyd edək ki, mükafatları BMT Baş katibinin İqtisadi və Sosial Məsələlər üzrə müavini Liu Zenmin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya Regionu üzrə direktoru Alia El Yassir təqdim ediblər.

Fərid ƏDALƏT
BAKU.WS