SİZİN REKLAM BURADA!
055 213 76 73


"Hələ də dünyada kişi və qadınların aldıqları məvaciblər arasında fərqlər var".

BAKU.WS xəbər verir ki, bunu BMT-nin Dövlət Xidmətləri Forumunda Dövlət Sektoru üzrə Ümumdünya hesabatının təqdimatı zamanı BMT Baş katibinin İqtisadi və Sosial məsələlər üzrə müavini Liu Cenmin deyib.

O qeyd edib ki, qadınlara kişilərlə müqayisədə eyni dəyərli iş üçün az məvacib ödənilir.

Liu Cenmin çağırış edərək bildirib ki, bu boşluqlar aradan qaldırılmalıdır.

O sözlərinə əlavə edib ki, əksər dövlətlərdə korrupsiyaya qarşı təsisatlar yaradılmaqdadır.

Fərid ƏDALƏT

BAKU.WS