64 yaşlı qadının beynində SOXULCAN AŞKARLANDI - UZUNLUĞU 8 SM-DİR - FOTO
Avstraliyada hər kəsi şoka salan olay yaşanıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, xəstəxanaya unutqanlıq və depressiya şikayətləri ilə gələn bir xanımın beynində 8 sm uzunluğunda soxulcan aşkar edilib.
Hadisə Kanberra şəhərində yaşanıb, xəstəxana həkimlərinin apardığı araşdırmalara əsasən, bu növ soxulcanlar piton ilanlarda rast gəlinir.
Baş verən hadisə heyvanlardan insanlara xəstəliyin keçmə riskinin nə qədər yüksək olduğunu bir daha göstərib.
Həkim 64 yaşlı xəstənin beynində diri soxulcanı görən zaman çox təəccüblənib. Qadının yaxınları isə onun piton ilanlarla əhatə olunan ərazidə yaşadığını bildiriblər.
O ilanlarla təmasda olmasa da, həmin ərazidən ot yığdığı və bunları yeməklərində istifadə etdiyi bildirilib. Xəstənin beyninə soxulcanın bu yolla getdiyi deyilib.
Oxşar xəbərlər
"Soxulcan yağışı" hər kəsi şoka saldı: Xəbərdarlıq edildi - VİDEO
Hindistanda hər kəsi təəccübləndirəcək hadisə yaşanıb. BAKU.WS xəbər verir ki, ölkənin Bihar əyalətində "soxulcan yağışı" yağıb. Buna şahid olan sakinlər sözü...