SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünən Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən vətəndaşlığı geri qaytarılan Odessa regional administrasiyasının keçmiş sədri Mixail Saakaşvili bu gün ölkəyə qayıdacaq.

BAKU.WS İHA-ya istinadən xəbər verir ki, o, sosial media hesabında video paylaşaraq qərara görə Zelenskiyə təşəkkür edib.

Saakaşvili dəstəkçilərinə də səslənərək bu müddətdə ona inandıqları üçün minnətdar olduğunu və ən qısa onların görüşünə gələcəyini qeyd edib.

Qeyd edək ki, Gürcüstan və Ukrayna siyasətçisi 2017-ci ilin iyul ayında  Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun əmri ilə vətəndaşlıqdan məhrum edilmişdi.

Fərid Ədalət
BAKU.WS