SİZİN REKLAM BURADA!
055 213 76 73



Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili Polşadan Ukraynaya daxil olub.

BAKU.WS-in məlumatına görə, Saakaşvili yüzlərlə dəstəkçisinin köməkliyi ilə Ukraynaya daxil ola bilib.

Saakaşvili bildirib ki, keçidin bağlı olmasına acıqlı kütlə qəfildən onu sərhəddən keçirib.

"Bizi süpürərək Ukraynaya apardılar", - deyə eks-prezident qeyd edib.

Ukrayna rəsmiləri onun sərhədi qanunsuz keçdiyini və 16 sərhədçi və milli mühafizə xidməti əməkdaşının yaralandığını bildirib.

Məlumata görə, sərhədçilərlə Saakaşvilinin dəstəkçiləri arasında əlbəyaxa qarşıdurma baş verib.

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko Mixail Saakaşvilini ölkə vətəndaşlığından məhrum edib.

Gürcüstanda onun barəsində cinayət işi açılıb, hərçənd o, həmin ittihamları siyasi motivli adlandırıb.

BAKU.WS