29-30 aprel tarixlərində Qazax rayonu istiqamətində Ermənistanla dövlət sərhədində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd döyüş məntəqələri Ermənistan Respublikasının Silahlı Qüvvə­lərinin bölmələri tərəfindən bir neçə istiqamətdən günün müxtəlif vaxtlarında iri çaplı silah­lardan dəfələrlə intensiv atəşə tutulub.

DSX-dən BAKU.WS-ə verilən məlumata görə, bütün hallarda bölmələrimizə qarşı atəşin açıldığı Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri istiqamətində cavab atəşi açıl­ıb.
BAKU.WS