SİZİN REKLAM BURADA!
055 213 76 73



Bir müddət öncə həbsdən azad olunan bloger Mehman Hüseynovun Azərbaycandan çıxışına icazə verilib. 

BAKU.WS xəbər verir ki, bu barədə bloger özü sosial şəbəkədə yazıb. 

Hava limanından şəklini paylaşan Mehman Avropa ölkələrinə səfər edəcəyini bildirib. Blogerin beynəlxalq təşkilatların sədrləri ilə görüşü planlaşdırılır. 

Xatırladaq ki, bloger aprelin 9-da ölkədən çıxmaq istəyərkən hava limanından geri qaytarılmışdı. 

BAKU.WS