SİZİN REKLAM BURADA!
055 213 76 73



Məşhur rus bloger İlya Varlamov yenidən Bakıya gəlib.

BAKU.WS xəbər verir ki, bu barədə bloger şəxsi Instagram hesabında yazıb.

Bloger Instagram Stories-ində Bakı aeroportundan video paylaşıb və bunu yazıb:"Buraxdılar!"

Xatırladaq ki, məşhur rus bloger və fotoqraf İlya Varlamov Azərbaycan ərazisinə buraxılmayıb. Ona bildirilib ki, ölkədə onun olması arzu olunan deyil. Varlamovun sözlərinə görə, o Dağlıq Qarabağa baş çəkməyib və əvvəllər də Bakıya səfər edib. Bu anlaşılmazlıq qısa zamanda həll edilib və o, Azərbaycana buraxılıb.

Qeyd edək ki, İ.Varlamovun deportasiyası haqqında qanunsuz qərarı qəbul edən məmurlar cəzalandırılıb.

Abbas
BAKU.WS