VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Hazırda bloger Mehman Hüseynovun anasının dəfn mərasimi keçirilir.

BAKU.WS
xəbər verir ki, dəfndə Mehman Hüseynov da iştirak edir.

Qeyd edək ki, ötən gün Penitensiar Xidmətin qərarına əsasən həbsdə olan bloger Mehman Hüseynov anasının yas mərasimində iştirak etmək üçün evə buraxılıb.

Xatırladaq ki, Emin və Mehman Hüseynov qardaşlarının anası vəfat edib. Firəngiz Hüseynova avqustun 6-da gecə saat bir radələrində vəfat edib. Firəngiz Hüseynova iyulun 15-də ürək çatışmazlığı diaqnozu ilə Neftçilər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Cavid Babayev
BAKU.WS