58 yaşlı Uğur Taşdemir vəfat etdi - FOTO

58 yaşlı Uğur Taşdemir vəfat etdi - FOTO
Siyasət 80

Türkiyəli məşhur aktyor və dublyaj ustası Uğur Taşdemir vəfat edib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçi 58 yaşında dünyasını dəyişib. Taşdemirin uzun müddətdir xəstə olduğu və müalicə aldığı bildirilib.

O daha çox filmlərdə Hollivud ulduzlarının səsləndirilməsini edib.

Xatırladaq ki, teatr kino və serial aktyoru Aykut Uğur Taşdemir1965-ci il oktyabrən 20-də doğulub.

O İstanbul Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub. Lakin teatra olan marağı onu aktyorlauğa yönəldib.

1987-ci ildə köməkçi rollarda yer alıb.

1989-cu ildən müxətlif filmlərə çəkilməyə başlayıb. O yaradıcılığı boyunca xüsusilə Hollivud ulduzu Nikolas Keycin səsini dublyaj edib.

58 yaşlı Uğur Taşdemir vəfat etdi - FOTO

Son xəbərlər