SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Suriya sərhəddində Su-24 təyyarəsinin vurulmasına görə sonra günlər Türkiyəni az qala hər addımda sərt tənqid hədəfinə çevirən, bəzən də təhdid dilində danışan Rusiya prezidenti Vladimir Putinin sonda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan üzr istəməsi xəbəri dünəndən bəri sosial şəbəklərdə və bəzi saytlarda geniş müzakirə mövzusuna çevrilib.
 
Ancaq müzakirələrə rəğmən üzrxahlığın hələ ki  nə Türkiyə, nə də Rusiya mətbuatında təsdiqi özünü göstərməyib.

Həm də siyasi proseslərdən az-çox başı çıxan hər kəsə yaxşı aydındır ki, Putin təbiət və xarakter etibarı ilə bu addıma gedəcək dövlət adamlarından deyil.

Amma bununla belə, bu məsələdə istisna da yox deyil.

Rusiya prezidenti bir dəfə - özü də səhv etmiriksə, Azərbaycana-prezidentliyinin ilk dövründə və ilk rəsmi səfərində mərhum dövlət başçısı Heydər Əliyev qarşısında üzrxahlıq etmişdi.

Belə ki, Azərbaycana rəsmi səfəri çərçivəsində (əksər əcnəbi dövlət və hökumət rəhbərlərindən fərqli olaraq) Şəhidlər Xiyabanını və "Əbədi məşəl” Abidə Kompleksini ziyarət etməkdən imtina etmişdi.

Təbii ki, onun bu addımı da  o zaman Azərbaycan ictimaiyyəti və ilk  növbədə siyasət ustası Heydər Əliyevin nəzərindən qaçmamış, haqlı ciddi tənqidə səbəb olmuşdu.

Putinin Bakı Slavyan Universitetində (BSU)  tələbə və müəllimlər görüşündə isə mərhum dövlət başçısı Rusiya prezidentinin bu addımının  çox yanlış və siyasət, dövlət adamı üçün xəta olduğunu ustalıqla onun üzünə vurmuşdu.

Bu kadrlar o vaxt Azərbaycanın rəsmi dövlət kanalı olan AzTV ilə də yayınlanmışdı- yəqin ki, izləyənlər və xatırlayanlar bunu da təsdiqləyə bilər...

Putin isə "Sizdən öyrənəcəyimiz hələ çox şeylər var”- deyərək, yanlış addımına görə, Heydər Əliyevdən üzrxahlıq etmiş və növbəti səfərində həm Şəhidlər Xiyabanını ziyarət etmiş, həm də "Əbədi məşəl”in qarşısında əklil qoyaraq diz çökmüş və baş əymişdi.

Gün.Az