SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəbər verdiyimiz kimi, Türkiyədəki Bahçeşehir Universitetinin tibb fakültəsinin dekanı, məşhur beyin cərrahı, professor Türker Kılıç iyulun 4-də Gəncəyə gəlib. Türkiyəli cərrah Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsnin sədri Kərəm Həsənov tərəfindən dəvət edilərək xüsusi təyyarə ilə Gəncəyə gətirilib. Cərrah elə həmin gün Gəncə şəhər İcra Hakimiyyətinin güllələnmiş başçısı Elmar Vəliyevi əməliyyat edib.

BAKU.WS
modern.az-a istinadən xəbər verir ki, Elmar Vəliyevi əməliyyat edən məşhur beyin cərrahı, professor Türker Kılıçın köməkçisi Gəncənin icra başçısı Elmar Vəliyevin səhətti ilə bağlı məlumat vermək istəmədiyini bildirib:

Köməkçi xəstənin halı tam yaxşı olmayana qədər danışmayacağını vurğulayıb:

“Türker Kılıç hazırda İngiltərədədir. Elmar Vəliyevin səhhəti ilə bağlı əlavə məlumatım yoxdur. Sadəcə, həkim bildirib ki, xəstə yaxşı olmadan danışmayacaq”.

BAKU.WS