Gədəbəy rayonunun icra hakimiyyəti başçısı Ramiz Yediyarovun işdən çıxarılmasının səbəbi bilinib.

Virtualaz.org xəbər verir ki, icra başçısının işdən çıxarılması barədə məlumatı Gədəbəy rayon İcra Hakimiyyətinin əməkdaşı təsdiqləyib.

“Bəli, xəbər doğrudur, başçı vəzifədən çıxarılıb. Artıq işdə deyil. Yerinə kimin təyin ediləcəyi haqda məlumatımız yoxdur, müxtəlif adlar çəkilir”-mənbə bildirib.

Ramiz Yediyarov bu vəzifəyə təyin olunmazdan əvvəl 14 saylı Şəmkir ərazi Vergilər İdarəsinin rəhbəri idi və keçmiş vergilər naziri Fazil Məmmədovun kadrı hesab edilirdi. Son vaxtlar rayondan onun barəsində çoxsaylı şikayətlər mətbuatda dərc olunurdu.

Virtualaz.org da bir neçə dəfə Gədəbəydə sahibklarların sıxışdırılması problemləri barədə yazıb.

BAKU.WS