İrandan Azərbaycana daha 84 nəfərin təxliyəsi baş tutub
Yeniliklərdən dərhal xəbərdar olun
İrandan Azərbaycana daha 84 nəfərin təxliyəsi baş tutub.
BAKU.WS report-a istinadən xəbər verir ki, saat 16:00-18:00 aralığında təxliyə olunanların 3-ü Azəraycan vətəndaşıdır.
İki saat ərzində Çinin 65, Belarusun 3, Pakistanın 3, Rusiyanın 2, Almaniyanın isə 1 vətəndaşı təxliyə edilib.
Saat 16:00-18:00 aralığında təxliyə olunanlardan 7-si Meksikanın diplomatları olub.
Onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.
*** 15:55
İrandan Azərbaycana daha 42 nəfərin təxliyəsi baş tutub.
BAKU.WS report-a istinadən xəbər verir ki, saat 14:00-16:00 aralığında təxliyə olunanların 14-ü Azəraycan, 11-i Polşa (diplomatlar), 6-sı Pakistan, 4-ü Çin, 4-ü İran, 2-si Kanada, 1-i Tacikistan vətəndaşıdır.
Onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.
*** 14:04
Bu gün saat 12:00-14:00 aralığında 4-ü diplomat olmaqla 17 Azərbaycan vətəndaşı, həmçinin 5 Pakistan və 4 Çin vətəndaşı İrandan təxliyə olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.
***12:10
Böyük Britaniya və Almaniyanın hər birindən 1 vətəndaş İrandan Azərbaycana təxliyə olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, onların təxliyəsi martın 9-da saat 10::00-12:00 aralığında "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.
Bundan başqa, İranın 6 vətəndaşının əks istiqamətə keçidi təmin edilib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...