SİZİN REKLAM BURADA!
055 213 76 73



Papa Fransiskin Vatikana səfər edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana hörmətsizlik etdiyi iddia edilir.

BAKU.WS-in məlumatına görə, son 59 ildə Vatikana səfər edən ilk Türkiyə prezidenti kimi tarixə düşən Ərdoğanın Papa Fransisk ilə görüşü 1 saatdan çox davam edib.

Türkiyə KİV-də yazılan xəbərlərdə iddia olunur ki, görüş zamanı Papa Fransisk Ərdoğanın stulunu öz stulundan alçaq qoyub.

Bu görən Ərdoğan sərt reaksiya verib. O, dərhal stulun dəyişdirilməsini və Papa Fransiskin stulu ilə eyni səviyyədə qoyulmasını tələb edib.

Stul dəyişdirilib və Papa Fransiskin yanına qoyulub.

BAKU.WS