SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Roma Papası Fransisk bu dəfə insanları heyrətləndirib.
 
BAKU.WS-in məlumatına görə, sakin və gülər üzlü rəftarı ilə dünyanın görməyə öyrəşdiyi Papa Meksikada gəzinti zamanı əsəbiləşib. İzdihamda xalqı salamlayan Papa Fransisk ətrafdakı insanlardan birinin paltarından tutub çəkməsi səbəbindən əlil adamın üzərinə yıxılıb.
 
Hadisədən sonra çox əsəbiləşən Papa yıxılmasına səbəb olan adama qışqıraraq onu danlayıb. Paltarından dartan adama "Eqoist olma! Eqoist olma!" deyə qışqıran Papa Françesko daha sonra üzərinə düşdüyü adamı başından öpüb.
 
BAKU.WS