VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“Biz hesab edirik ki, Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına ehtiyac yox idi”.

BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi – Novruz Məmmədovdeyib.

O bildirib ki, Azərbaycan tərəfi də Qüds məsələsi ilə bağlı XİN səviyyəsində bəyanat verib və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda keçirilən növbədənkənar sammitində Azərbaycan prezidenti bu barədə öz mövqeyini bildirib: “Bu addım dünyada dövlətlərarası beynəlxalq münasibətlərə töhfə vermir, bu münasibətlərin daha da gərginləşdirir. Biz İslam ölkələri ilə, İƏT ölkələri ilə bir yerdəyik. Hesab edirik ki, Qüds məsələsi beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır”.

BAKU.WS