SİZİN REKLAM BURADA!
055 213 76 73



Kiyevdə saxlanılan Mixail Saakaşvilinin tərəfdarları mikroavtobusun arxa qapısını qıraraq siyasətçini azad ediblər.

BAKU.WS-in məlumatına görə, Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları Saakaşvilini həbs etdikdən sonra onun tərəfdarları siyasətçinin aparıldığı avtobusu mühasirəyə alıblar. Bir neçə saatlıq mühasirədən sonra Saakaşvilinin tərəfdarları avtobusun pəncərələrini sındırıblar, onlara qarşı gözyaşardıcı qaz tətbiq edilib. Buna baxmayaraq izdiham avtobusun qapısını sındıraraq Saakaşvilini çıxarıblar. Hazırda Saakaşvili öz tərəfdarları ilə birlikdə Kiyevin Kostelni küçəsi ilə irəliləyir.

Öz növbəsində, M.Saakaşvili onu əhatəyə alaraq hüquq-mühafizə orqanlarının əməkdaşlarından qoruyan tərəfdarlarını Maydana toplaşmağa və dinc etirazı davam etdirməyə çağırıb.

Qeyd edək ki, bu gün Kiyev polisi M.Saakaşvilinin Kiyevdə Kostelnaya, 7 ünvanındakı 32 nömrəli mənzilində axtarış aparıb. M.Saakaşvili isə yaşadığı binanın damına çıxaraq polisi intihar edəcəyi ilə hədələyib. Qısa müddət sonra hüquq-mühafizə orqanlarının əməkdaşları M.Saakaşvilini yaşadığı binanın damında saxlayıblar.

M.Saakaşviliyə qarşı hakimiyyət çevrilişinə cəhd ittihamı irəli sürülüb.

BAKU.WS