SİZİN REKLAM BURADA!
055 213 76 73



Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycana işgüzar səfərə gəlib.

BAKU.WS-in məlumatına görə, iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Əfqanıstan prezidentini hava limanında Azərbaycan maliyyə naziri Samir Şərifov, Azərbaycanın Türkmənistan və Əfqanıstandakı səfiri Həsən Zeynalov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfərin məqsədi dekabrın 1-də Bakıda keçiriləcək “Asiyanın ürəyi-İstanbul prosesi”nin iclasında iştirak etməkdir. Səfər çərçivəsində onun Azərbaycan prezidenti İlham Əliyev və digər rəsmilərlə görüşləri nəzərdə tutulur.

Prezidentlər arasında görüş zamanı Azərbaycanla münasibətlərə dair 5 sənədin imzalanması nəzərdə tutulur.

BAKU.WS