34 yaşlı qadın 9 yaşlı oğlunu öldürüb zibil qabına atdı - VİDEO

34 yaşlı qadın 9 yaşlı oğlunu öldürüb zibil qabına atdı - VİDEO
Video
Siyasət 191

Rusiyada dəhşətli hadisə yaşanıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı qadın 9 yaşlı övladını öldürüb və çantaya qoyub.

İyulun 11-dən 12-nə keçən gecə qadın oğlunu zibil qabına atıb.

Uşağı həmin gecə zibil qabından evsiz insanlar tapıb. Onlar hadisə yerinə polis çağırıblar.

İlkin sorğuda təqsirləndirilən şəxs qətl törətdiyini etiraf etməyib. O, çətin həyat şəraitində yaşadığını iddia edirdi.

Qonşuların sözlərinə görə, şübhəli qadın Daxili İşlər Nazirliyinin əməkdaşının ailəsində böyüyüb. Atası polkovnik-leytenant olub və bütün həyatı boyu yerli DİN orqanında işləyib. Şübhəli şəxsin valideynləri "Çox nəzakətli və ləyaqətli insanlar" kimi təsvir olunub.

Növbəti sorğu zamanı 9 yaşlı oğlunun öldürülməsində təqsirləndirilən qadın cinayəti tamamilə etiraf edib.

Son xəbərlər