VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 
İylun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilən 18 aylıq Zəhra Quliyeva ilə bağlı yeni videoçarx hazırlanıb.

BAKU.WS-in məlumatına görə, Azərbaycanın tanınmış simaları prezident İlham Əliyevin qızı, heydər Əliyev Fondunun vitse-prezidentiLeyla Əliyevanın Zəhra üçün yazdığışeiri səsləndiriblər.
 
Şeiri xalq artisti Həmidə Ömərova, iki qat dünya, 6 qat Avropa çempionu İlham Zəkiyev, əməkdar artistlər Cabir İmanov, Vəfa Zeynalova, aktyor Fərda Xudaverdiyev, rəqqasə Oksana Rəsulova və digərləri səsləndirib.
 
Xatıdladaq ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
 
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı yaralanıb.
 
BAKU.WS